Düşdüyü yerdə hər nə varsa yandırır - Erməni təxribatının ifşası - VİDEO

Gündəm 12 May 2016 00:38 Oxunub 2350
Düşdüyü yerdə hər nə varsa yandırır - Erməni təxribatının ifşası - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ermənistan tərəfi cəbhəboyu ərazilərdə mülki əhaliyə qarşı ən qəddar üsullardan istifadə etməkdən çəkinmirlər

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinə və mülki əhalisinə qarşı törədilən təxribatlar zamanı beynəlxalq konvensiyalarla istifadəsi qadağan edilmiş hərbi sursatlardan istifadə olunub. Tərtər rayonunun Əskipara kəndində məhz belə partlamamış mərmi tapılıb. Bu bir daha onu sübut edir ki, Ermənistan tərəfi cəbhəboyu ərazilərdə mülki əhaliyə qarşı ən qəddar üsullardan istifadə etməkdən çəkinmirlər. Düşdüyü yerdə hər nə varsa yandırır. Zəhərli kimyəvi maddənin təsirindən ətrafdakı bütün canlılar məhv olur. Zəhərli kimyəvi maddə sağalmaz xəstəliklər yaradır. Bu mərmidən Suriya, İraq və Fələstin kimi dünyanın ən qaynar müharibə ocaqlarında istifadə edilib. Söhbət mülki əhaliyə qarşı istifadəsi qadağan edilən Ağ fosfor bombasından gedir. İndi bu bombanı Ermənistan tərəfi təmas xəttində yerləşən rayonların mülki əhalisinə tətbiq edib. Aşkar olunmuş partlamamış mərmi beynəlxalq konvensiyalarla istifadəsi qadağan edilən hərbi sursat növünə aid olan, daxilində 3,6 kiloqram ağ fosfor olan 122 millimetrlik top mərmisidir. Bu tip mərmilər partlayan zaman 15-20 metr radiusda ətrafa səpələnir və zəhərli ağ tüstü buludu yaradır. Həmin tüstü buludu bütün canlı orqanizmlər üçün ciddi təhlükə mənbəyidir.

Ağ fosfor bərk, mumşəkilli, zəhərli maddədir. Onun 0,1 mq-ı insan üçün öldürücü dozadır. Fosfor havada öz-özünə alışır və böyük miqdarda kəskin zəhərli ağ tüstü buraxaraq yanır. Fosforun alışma temperaturu 34 dərəcədir, yanan zaman isə 900-1200 dərəcəyədək istilik verir. Mərminin qəlpələri hətta suda belə sönmür.

Yanan fosfor insan bədəninə düşən zaman ağır, ağrılı və uzun müddət sağalmayan yanıqlar əmələ gətirir. Fosforlu bombaların təsirindən yaralananları xilas etmək çətin olur. Onların bədənlərində ağ fosforun təsirindən əmələ gələn yanıqlar dərinin soyulmasına və dəhşətli yaralara yol açır. Məhz bu xüsusiyyətləri nəzərə alınaraq Bu silahdan istifadə edilməsini beynəlxalq sənədlərlə qadağan edilib. Bu Cenevrə konvensiyasının üçüncü protokolunda da əksini tapıb.

Amma Ermənistan bu silahdan işstifadə etməklə həm Beynəlxalq konvensiyalara məhəl qoymadığını göstərib, həm də qeyri insani vəhşi xislətini biruzə verir. Ermənilər bununla bir daha sübut edir ki, onların əsas hədəfi mülki insanlardır. Daha çox insan tələfatına yol açmaq üçün ən qəbuledilməz addımlardan belə çəkinmir. Azərbaycan ordusunun gücü qarşısında aciz qalan ermənistan silahlı qüvvələri çarəni mülki əhalidə xof yaratmaqda görürlər.

Ermənistan tərəfinin təxribatlarını ifşa etmək, həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün xarici işlər və müdafiə nazirlikləri tərəfindən ölkəmizdə akkreditə olunmuş hərbi attaşelərin cəbhə bölgəsinə səfəri təşkil olunub. Diplomatlar cəbhədəki vəziyyəti yerində görüb və erməni vəhşiliyinin bir başa şahidi olublar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh