"Düşmən strateji avtoyolu tutmağa çalışıb" - Polkovnik

Ermənilər ötən ilin aprelində qarşılaşdığı məğlubiyyətin əvəzini çıxmaq üçün cəbhədəki vəziyyəti gərginləşdirir. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin Hərbi akademiyasının müəllimi, hərbi ekspert, polkovnik Xətai Baxışovun fikirlərini “Kavkazskiy uzel” saytı qeyd edib. “Erməni tərəfi ötən il Lələ Təpə yüksəkliyi və Talış kəndi ətrafında itirdikləri ərazilərin revanşını almaq üçün məqsədyönlü təxribatlara əl atır”, - deyən polkovnikin sözlərinə görə, düşmən itirilmiş mövqeləri geri almağa cəhd edib, ancaq buna nail ola bilməyib: “Ona görə bu dəfə zərbə nöqtəsini dəyişiblər və Xocavənd-Füzuli istiqamətində onlara sərf edən mövqeləri tutaraq, Beyləqan və Ağcabədi rayonlarını Ağdam, Tərtər və Bərdə rayonları ilə birləşdirən strateji avtoyolu tutmağa çalışıblar. Bu baş versəydi, hərbi birləşmələrin, eləcə də mülki vətəndaşların həmin istiqamətdəki hərəkətlərində çətinlik yaradacaqdı, amma düşmən buna nail ola bilmədi”.
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












