“Düşmənin ön xətdəki bütün atəş nöqtələri məhv ediləcək” - RƏSMİ

Son üç gecə ərzində Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən təmas xəttinə yaxın yaşayış məntəqələrini mütəmadi olaraq atəşə tutub. APA TV-nin məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı aprelin 29-da cəbhəboyu zonada səfərdə olan yerli və xarici jurnalistlərə müsahibəsində deyib. V.Dərgahlı bildirib ki, atəş əsasən minaatanlardan, haubitsalardan, “BM-21” tipli yaylım atəşi sistemlərindən həyata keçirilib. Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən verilən tapşırığa əsasən, ön xətdə yerləşən hərbi qüvvələrimiz düşmənin bütün atəş nöqtələrinin susdurulması üçün qətiyyətli cavab tədbirləri görür: “Eyni zamanda, tapşırıq verilib ki, silahlı qüvvələrimiz heç bir vəchlə düşmənin yaşayış məntəqələrini, onların mülki əhalisini yox, ancaq düşmənin atəş nöqtələrini susdurmaq məqsədilə cavab zərbələri endirməlidir”. Müdafiə Nazirliyinin rəsmisi bəyane dib ki, bu tədbirlər mütəmadi olaraq həyata keçiriləcək və düşmənin ön xətdə olan bütün atəş nöqtələri məhv ediləcək.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












