DYP-dən gizli radarla bağlı AÇIQLAMA

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakı-Qazax magistral yolunun Ucar rayonu ərazisində gizli radarların quraşdırlması ilə bağlı KİV-də yayılan məlumat və fotolara münasibət bildirib. Avtosfer.az xəbər verir ki, qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovniki Kamran Əliyev report-a deyib ki, həmin fotolar 6 il əvvəl yayılan fotolardır: "Hazırda bu tip radarlardan istifadə olunmur. Kiminsə haradasa gizlənib çəkməyinə ehtiyac yoxdur. Çünkü həmin ərazilərdə radarların mövcüd olduğunu bildirən nişanlar quraşdırılmalıdır. Bu gün KİV-də yayılan fotolar 6 il bundan öncə yayılmışdı. Yəni, bu fotolar yeni fotolar deyil. Bu fotolar 2010-cu il 19 avqust tarixində bəzi saytlarda yayımlanıb. Ola bilər ki, kimsə sensasiya axtarır və bunun üçün fotoları yenidən gündəmə gətirib. 6 il bundan əvvəl yayılan fotoları yeni fotolar kimi ictimaiyyətə təqdim etməyin nə mənası var?!"
K.Əliyev vurğulayıb ki, Azərbaycanda YPX avtomobilləri İ-patrul sistemi ilə təchiz olunandan sonra belə radarların quraşdırılmasına ehtiyac yoxdur: "Qanunda da var ki, yaşayış məntəqələrində 50-200 metr məsafədə qadarların olduğunu bildirən informasiya lövhələri quraşdırılır. Yaşayış məntəqələrindən kənarda isə radarların olduğunu bildirən informasiya lövhələri 150-300 metrə qədər məsafədə quraşdırılmalıdır".
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












