DYP-dən sürücülərə duman xəbərdarlığı

Bakıda müşahidə edilən qatı duman sürücülərin işini çətinləşdirib. Səhər saatlarından müşahidə edilən duman yollarda görmə məsafəsini məhdudlaşdırırb. Hava şəraiti ilə bağlı olaraq Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.
Bakı Şəhər DYPİ-nin bölmə rəisi, polkovik Vaqif Əsədov sürücülərə belə hava şəraitində yaxın işıqlandırmalarından istifadə etməyi məsləhət görüb. "Yollarda görmə məsafəsi məhdudlaşıb. Bu səbəbdən də sürücülər avtomobil idarə edərkən daha diqqətli olmalı, sürət həddini minumuma endirilməlidirlər". Bölmə rəisinin sözlərinə görə, yollarda görmə məsafəsi 30 metrdən aşağıdır. Onun sözlərinə görə, baş verə biləcək qəzalardan qaçmaq üçün sürücülər ara məsafəsini də normadan artıq saxlamalıdırlar. "Ümumiyyətlə sürücülər şəxsi avromobillərindən istifadə etməmək məsləhətdir".
V.Əsədov qatı dumanın daha çox hiss edildiyi yolların adlarını da açıqlayıb. Bunlar 20 yanvar ərazisi, Yasamal rayonu, həmçinin Günəşli və Əhmədli qəsəbələridir. Anspress
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF












