DYP-dən sürücülərə xəbərdarlıq – Sürət həddi aşağı salındı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq sürücülərə xəbərdarlıq edib. İdarənin bölmə rəisi, polkovnik Vaqif Əsədov "Report"a bildirib ki, paytaxta yağan güclü yağışla əlaqədar bəzi küçə və prospektlərdə avtomobillərin sıxlığı müşahidə edilir. Bu cür hallarda sürücülərdən təmkinli olmaları və avtomobillərini minimum sürətlə idarə etmələri xahiş olunur. "Bakının Tbilisi prospekti, Bakı-Sumqayıt şossesi, Babək prospekti, aeroport yolunda havanın yağmurlu keçməsi ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədilə hər zolaq üzrə sürət həddi 20 km/saat aşağı salınıb. Məsələn, aeroport yolunda 120 km/saat olan sürət həddi 100 km/saat müəyyən edilib. Hava şəraitindən asılı olmayaraq, yalnız texniki cəhətdən saz olan avtomobillər istismara buraxılmalıdırlar. Çiskin və yağmurlu hava şəraitində avtomobilin texniki sazlığı bir daha nəzərdən keçirməlidir", - deyə V.Əsədov bildirib.
Onun sözlərinə görə, əsas təhlükə yarada biləcək məqamlar isə avtomobilin əyləc sisteminin və şüşəsilənlərinin işlək vəziyyətdə olmamasıdır: "Digər tərəfdən, sürət həddi aşağı salınmalı, ara məsafə daha çox saxlanılmalı, bu cür hava şəraitində əyləcdən daha az istifadə olunmalıdır. Çünki əyləc sistemindən tez-tez istifadə etmək avtomobilin sürüşmə ehtimalını artırır".
Polis polkovniki əlavə edib ki, sürücülər çirkli suların yaratdığı gölməçələrin üzərindən keçərkən ətrafda hərəkət edən piyadaları nəzərə almalıdırlar və avtomobili minimum sürətlə idarə etməlidirlər. V.Əsədov qeyd edib ki, yol-patrul xidməti əməkdaşları tərəfindən paytaxtın bütün prospket və küçələrində xidmət gücləndirilib, bütün istiqamətlər üzrə avtomobillərin hərəkəti tənzimlənir və hazırda sıxlıq müşahidə edilmir.
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA












