DYP-dən valideynlərə MÜRACİƏT

Sabah ölkəmizdə "Son zəng" tədbirinin keçirilməsi ilə əlaqədar polis gücləndirilmiş iş rejimində çalışacaq. Təhsil müəssisələrinin yerləşdiyi ərazilərə bitişik küçə və prospektlərdə DYP əməkdaşlarının nəzarəti gücləndiriləcək. Avtosfer.az bildirir ki, bunu azvision.az-a açıqlamasında Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib. DYP rəsmisi valideynlərdən xahiş edib ki, özlərinə məxsus avtomobilləri övladlarına verməsinlər. "Bəzən valideynlər hesab edirlər ki, "Son zəng" ömürdə bir dəfə olur, buna görə uşaqlara avtomobil həvalə etmək olar. Bu, yalnış düşüncədir. Unutmaq olmaz ki, ötən il "Son zəng" günü 16 nəfər məzunun sürücülük vəsiqəsi olmadan avtomobili idarə etməsi faktı aşkar edilmişdi. Eyni zamanda bir yol-nəqliyyat hadisəsi baş vermişdi və xoşbəxtlikdən xəsarət alan olmamışdı. Belə halların təkrar edilməməsi üçün valideynlər bunu nəzərə almalıdır. Ümumilikdə, şagirdlərin sıx toplaşdığı ərazilər nəzarətdə olacaq", - deyə V.Əsədov vurğulayıb.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












