DYP əməliyyata qoşuldu - külli miqdarda qaçaqmal tutuldu - FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları tərəfindən külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, Qazax rayonunun Babakər yüksəkliyi istiqamətində yerləşən sərhəd zastavasının xidməti sahəsindən Gürcüstandan Azərbaycana qaçaqmalın keçirilməsi barədə daxil olmuş məlumat əsasında ehtimal olunan ərazidə axtarış tədbirləri həyata keçirilib. Dövlət sərhəd xəttinin yaxınlığında dövlət nömrə nişanı 35 BH 057 olan “KamAZ” markalı nəqliyyat vasitəsinə 5-6 nəfər tərəfindən iri buynuzlu mal-qaranın və müxtəlif ölçülü bağlamaların yüklənməsi aşkarlanıb. Axtarış qrupu tərəfindən yaxalanarkən havanın qaranlıq və dumanlı olmasından istifadə edən sərhəd pozucuları qaçaqmalı hadisə yerində qoyaraq Gürcüstan istiqamətində geri qaçmağa müvəffəq olublar. Avtomobilin sürücüsü sərhədçilərin havaya xəbərdarlıq atəşinə məhəl qoymayıb, avtomobili yüksək sürətlə hərbi qulluqçuların üzərinə sürərək onların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradaraq, hadisə yerindən uzaqlaşmağa çalışıb.
Sərhədçilər tərəfindən məlumatlandırılmış DYP əməkdaşlarının saxlama tələbinə tabe olmayan nəqliyyat vasitəsinin sürücüsü qurulmuş maneəni vurub keçib, avtomobilin yük yerindəki qaçaqmalı yerə salaraq onu təqib edənlər üçün maneə yaratmaqla qaçmağa cəhd göstərib. Həyata keçirilmiş tədbirlər nəticəsində “KamAZ” markalı nəqliyyat vasitəsi Ağstafa rayonunun Poylu kəndi ərazisində saxlanılıb. Avtomobilin sürücüsünün Qazax rayonu Daş Salahlı kənd sakini, 1980-ci il təvəllüdlü Süleymanov Samir Siyavuş oğlu olduğu müəyyənləşib. Əməliyyat-axtarış tədbirləri nəticəsində 6 baş at, 30 baş buzov və 12 bağlamada 90 adda 44 374 ədəd müxtəlif dərman preparatlarından ibarət qaçaqmal aşkarlanıb. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Elmin
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF


















