DYP hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (BŞBPİ DYPİ) qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar sürücülərə xəbardarlıq edib. DYP-nin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov “Report”a bildirib ki, hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar paytaxt sakinlərinə mümkün qədər ictimai nəqliyyat vasitələrinə üstünlük vermələri tövsiyə olunur. O vurğulayıb ki, sürücülər avtomobillərini tam saz vəziyyətə gətirib idarə etməlidir: "Yəni şinlərin hava təzyiqi normasında olmalı, təkər şinləri mövsümə uyğun olmalıdır. Bundan başqa, sürücülər sürət həddini minumum seçməli, avtomobillərlə ara məsafəsi maksimum saxlanılmalıdır. Avtomobilin hərəkəti və dayandırılması sürətlər qutusunun hesabına aparılmalıdır. Hava şəraiti və yolda sürüşmə yarandığı təqdirdə yol-nəqliyyat hadisəsi baş verərsə, bu qəzanı törədən sürücünü məsuliyyətdən azad etmir. Həmin sürücülərə inzibati protokol tərtib ediləcək. Eyni zamanda, sürücülər dövlət qeydiyyat nömrəsini, o cümlədən ön və arxa işıqlarının görünməsini təmin etmədikdə məsuliyyətə cəlb ediləcək".
Onun sözlərinə görə, piyadalar da hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar ehtiyatlı olmalıdır. "Qarlı havada da piyadalar nəzərdə tutulan keçidlərdən istifadə etməlidirlər. Qartopu oynamaq istəyən uşaqlar yola çıxmamalıdır. Onlar qapalı şəraitdə valideyn nəzarəti altında qartopu oynaya bilərlər" .
Bundan başqa, yolların qarla örtülüb buz bağlanması ehtimalına görə, DYP, "Azəravtoyol" ASC və Bakı Şəhər İcra Hakimiyyəti birgə qərargah yaradıb. Qərargah "Azəravtoyol"un qış qarajında təşkil edilib. Burada işçilər üç növbəli iş prinsipi əsasında fəaliyyət göstərəcək.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












