DYP ilə türk xanım sürücü arasında qalmaqal - VİDEO

Bakıda qadınla Dövlət Yol Polisi əməkdaşları arasında mübahisə düşüb. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, türk vətəndaşı "Hyundai ix35" markalı avtomobillə Yasamal rayonu Balababa Məcidov küçəsində yol qaydalarını pozduğu üçün DYP əməkdaşları tərəfindən saxlanılıb. Hüquq-mühafizə əməkdaşları qadının sərxoş olmasından şübhələniblər. Onlar xanım sürücünü müayiniyə gedib müəyyən prosedurlardan keçməyə dəvət edib, avtomobili isə müvəqqəti dayanacağa aparmaq istəyiblər. Lakin sürücü yol polisləri ilə razılaşmayıb, hətta polisi rüşvət götürməkdə ittiham edib. O, ətrafda olanlara bildirib ki, bir neçə müddət öncə oxşar hadisəyə görə 1000 manat DYP əməkdaşlarına rüşvət verərək cəzadan yayına bilib. Daha sonra o, bu dəfə də bağışlamasını istəyib.
Xanım qeyd edib ki, yol polisi onu saxladığı zaman hücum edib, qolu yaralanıb, buna görə də onlarla heç yerə getməyəcək: "Mən heç yerə getməyəcəm, mənim meyitimi götürərsiniz".
Hadisə zamanı xanım hətta intihara cəhd edib, özünü ərazidə hərəkət edən avtomobilin altına atmaq istəyib.
Hadisə yerinə çoxlu sayda DYP və PPX əməkdaşları cəlb olunub. Məsələni araşdırması üçün xanımı Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsi aparıblar.
Bakı şəhər Baş Polis İdarəsinin şöbə rəisi Vaqif Əsədov bildirib ki, xanım sürücü ilə bağlı araşdırmalar gedir, güman edirik ki, sürücü hay-küy salmaqla, məsuliyyətdən yayınır. Etiraz etmək sürücünün haqqıdır. Baş vermiş faktla bağlı ətraflı məlumat verəcəyik.
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana səfəri ilə bağlı paylaşım edib - VİDEO
Hikmət Hacıyev: “İki dilin kombinasiyasında danışmağa çalışırıq” - VİDEO
İlham Əliyev və Mehriban Əliyeva Daşkənddə Heydər Əliyevin memorialını ziyarət ediblər - YENİLƏNİB
Hikmət Hacıyevə Özbəkistan səfərində özəl hədiyyə - FOTO
İlham Əliyev Özbəkistanda dövlət səfərindədir - VİDEO
Prezident İlham Əliyevin səfəri Özbəkistan mediasının diqqət mərkəzində - VİDEO
Daşkənddə İlham Əliyevin dövlət səfəri ilə bağlı qarşılanma bannerləri yerləşdirilib - VİDEO
Daşkənd hava limanında Prezident İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri aparılır - VİDEO - YENİLƏNİB
İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA











