DYP: "Lerikdə yollarda buzlaşma səbəbindən hərəkət məhduddur" - FOTO

Azərbaycanın cənub rayonlarında temperaturun aşağı düşməsi bəzi yollarda buzlaşmaya səbəb olub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, "Azəravtoyol" ASC-nin texnika və canlı qüvvəsi hesabına yolların qardan təmizlənməsi həyata keçirilir. Belə ki, Lənkəran-Lerik avtomobil yolunda bəzi aşırımlarda buzlaşma səbəbindən təhlükəsizliyin təmin olunması üçün yollara qum səpilir. Lerik Rayon Polis Şöbəsi (RPŞ) Dövlət Yol Polisi (DYP) bölməsindən bildirilib ki, yollarda hərəkət məhdudur: "Bu səbəbdən də hər hansı bir ciddi hadisə qeydə alınmayıb". Daha çox qar Lerikin Siyov, Bürsülüm, Hovil və ətraf kəndlərlərə düşüb. Eləcə də rayon mərkəzindən bir neçə kilometr aralıda yerləşən Blabənd kəndində, həmçinin Ambu, Peyzə küçə, Lüləkəran, Şinəband və Orand zonasında qar daha çox yağıb.
Kənd sakinlərinin bildirdiyinə görə, qarın yağması elə də ciddi problemlər yaratmayıb. Təbii qaz və elektrik enerjisinin verilişində hələlik problem yoxdur. Qəzalı xətlər bir neçə gün əvvəl təmir olunub. Rayon mərkəzinə gediş-gəlişlə əlaqədar müəyyən çətinliklər olur. Ancaq bu da texnikanın köməyi ilə aradan qaldırılır. Daha yüksəklikdə yerləşən kəndlərin əhalisi isə qışa qabaqcadan tədarük gördüyündən zərurət olmadıqda rayon mərkəzinə gəlmir. Dağ yollarında yalnız sepli texnikalar və qış yollarına cavab verən avtomobillər hərəkət edir. Lənkəranda da qış günlərində normal həyat ritmi yaşanır. Səhər saatlarında buz bağlayan yollar texnikaların köməyi və qum səpilməsi sayəsində açılıb. İctimai və şəxsi nəqliyyat normal hərəkət edir. Lənkəranda qarın qalınlığı şəhər ərazisində 15 sm təşkil edir. Piyadaların hərəkətinin rahatlığı üçün hərəkət intensivliyi olan ərazilər də qardan təmizlənib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI





























