DYP müşahidə olunan tıxacın səbəblərini AÇIQLADI

Bu gün səhər saatlarında Bakı şəhərinin bəzi küçə və prospektlərində müşahidə olunan tıxacın səbəbləri açıqlanıb. Avtosfer.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov "Report"a açıqlamasında bildirib ki, Novruz bayramına hazırlıqla əlaqədar hazırda şəhərin mərkəzinə doğru avtomobillərin hərəkət istiqamətinin dəyişməsi bir qədər sıxlıq yaşanmasına səbəb olub: "Bu proses çox uzun müddət çəkmir. Ərazi üzrə əməkdaşlarımız qısa müddətdə təhlükəsizliyin təmin edilməsi və hərəkətin bərpası ilə bağlı vəziyyəti tənzimləyirlər. Məqsədimiz də bayram şənliklərində təhlükəsizliyi təmin etməkdir". Şöbə müdiri deyib ki, tıxacın yaranmasının xüsusi bir səbəbi yoxdur: "Bayram ərəfəsidir və bayrama böyük hazırlıq işləri gedir. Sabahdan möhtəşəm bayram şənliklərinin keçirilməsi ilə əlaqədar şəhərin mərkəzi küçələrdə son tamamlama işləri aparılır. Bundan əlavə, ölkədə çoxlu turistlər, yüksək çinli qonaqlar, şəhərin mərkəzində əhəmiyyətli tədbirlər var. Həmçinin paytaxtın mərkəzindən bölgələr istiqamətində hərəkət edən nəqliyyat vasitələri çoxdur".
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ












