DYP postuna silahlı hücum olub - Salyanda

Salyan rayonunda Dövlət Yol Polisi (DYP) postuna silahlı hücum olub. “Report”un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsindəki postda qeydə alınıb.
Salyan şəhər Cəfər Cabbarlı küçəsində yaşayan 1988-ci il təvəllüdlü Bağırov Orxan Cahangir oğlu DYP postuna gələrək silahdan atəş açıb. Sonra özünə məxsus minik avtomobili ilə hadisə yerindən uzaqlaşıb. Salyan şəhərində isə ona yol polisləri tərəfindən “saxla” əmri verilsə də, o, buna məhəl qoymayıb və maşınla Kürsəngi kənd sakini, 1982-ci il təvvəllüdlü polis əməkdaşı Dəmirov Raqib Həmdulla oğluna xəsarət yetirib. Nəhayət həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib.
İlkin məlumata görə, ötən gün DYP əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozduğuna görə o, inzibati qaydada cərimələnib. Orxan Bağırovun hadisəni buna görə törətdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












