DYP postunda 5 kq narkotiklə tutulan sürücü barədə YENİ FAKTLAR - VİDEO

Xəbər verdiyimiz kimi, Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının Sabirabad postunun əməkdaşları avtomobildə narkotik vasitə daşıyan sürücünü saxlayıb. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, 1976-cı il təvəllüdlü Zəfər Haqverdi oğlu Səfərov spirtli içkinin təsiri altında olmaqla avtomobili nömrəsiz idarə edirmiş. Nömrə sonradan maşının yük yerində aşkarlanıb. Sürücünün sürücülük vəsiqəsi və avtomobilə dair etibarnaməsi də olmayıb. Özünü şübhəli aparan Zəfər Səfərovun avtomobilinə baxış keçirilərkən 5 kq-a yaxın narkotik vasitə aşkar edilib.
Araşdırmalar zamanı məlum olub ki, bu şəxs əvvəllər də narkotik maddələrin alveri ilə məşğul olduğu üçün məhkəmə tərəfindən 1 il 4 ay şərti cəza verilib. Cəzasını çəkib qurtarmamış yenidən narkotik alverinə başlayan Zəfər Səfərovu bu dəfə daha ağır cəza gözləyir.
Faktla bağlı araşdırma aparılır.
Orxan
Ramazan ayının iyirminci gününün duası - İmsak və iftar vaxtı
Prezident İlham Əliyev Türkiyəyə raket hücumunu qınadı
"Türkiyəyə raket hücumunu qətiyyətlə pisləyirik" - Azərbaycan MN
Sovet Azərbaycanında 8 Mart təbliğatı - FOTOLAR
Ramazan ayının on doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib
Taksi sürücüləri çətin hava şəraitində qiymətləri qaldıra bilməyəcəklər – Nazirlik qadağan etdi
Hökumətdən nüvə təhlükəsi ilə bağlı addım – QƏRAR İMZALANDI
İranın məşhur generalı İsrailə qaçdı
BƏƏ ilk dəfə İrana zərbə endirib
Fransızları qabaqlayan azərbaycanlı qadın - FOTOLAR















