DYP rəisindən yazan jurnalistin məhkəməsi baş tutdu

Bu gün jurnalist Elnur Məhərrəmlinin barəsində olan hökmdən verilən apelyasiya şikayətinə baxılıb. "Qafqazinfo"nun verdiyi xəbərə görə, şikayətə Bakı Apelyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə baxılıb. Bu barədə E.Məhərrəmlinin vəkili Elçin Sadıqov məlumat verib. E.Sadıqov vəsatət verərək iddiaçı olan Bakı şəhər BDYPİ-nin rəisi Nüşrəvan Səfərovun məhkəməyə gətirilməsini istəyib. Vəsatət təmin edilməyib. Məhkəmə kollegiyasının qərarı ilə apelyasiya şikayəti təmin edilməyib və Xətai rayon məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, Bakı şəhər BDYPİ-nin rəisi Nüşrəvan Səfərovun jurnalist Elnur Məhərrəmli barəsində xüsusi ittiham əsasında verdiyi şikayətə Xətai rayon məhkəməsinində baxılıb. Məhkəmənin14 yanvar 2016-cı il tarixli hökmü ilə Elnur Məhərəmli Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirləndirilərək 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA













