DYP reyd keçirdi - Sürücülər avtobusları qoyub qaçdı

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları reyd keçiriblər. Avtosfer.az xəbər verir ki, qaynarinfo.az-a daxil olan məlumata görə, reyd zamanı Neftçilər-Pirşağı xətti üzrə hərəkət edən 185 saylı marşrut avtobuslarından səkkizinin qanunsuz xəttə çıxdığı aşkarlanıb və saxlanılaraq cərimə meydançalarına aparılıb. Reysə qanunsuz buraxılan avtobuslardan 7-si Nizami rayonu ərazisində yerləşən cərimə meydançasına, biri isə Ramana ərazisində yerləşən cərimə meydançasına aparılıb. Sürücülərdən 3-ü reyddən xəbər tutduqda isə avtobuslarını Pirşağıdakı dayanacaqda qoyub qaçıblar. Keçirilən reyd zamanı o da məlum olub ki, avtobuslar marşrut üzrə hərəkət istiqamətini də pozub. Belə ki, Neftçilər-Pirşağı üzrə hərəkət etməli olan avtobuslar Neftçilər-Pirşağı-Kürdəxanı xətti üzrə hərəkət edirmişlər. DYP-nin 3 ekipajla keçirdiyi reyddə həmçinin məlum olub ki, marşrut xəttindəki avtobusları idarə edən sürücülərin bir çoxunun müvafiq kateqoriyaları yoxdur.
Qeyd edək ki, 185 saylı marşrut xətti Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən İsmayılov Qurbanəli adlı sahibkara verilib.
Məsələ ilə bağlı BNA-nın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova ilə əlaqə saxladıq. O, DYP-nin reyd keçirdiyini və 185 saylı marşrut xəttində müəyyən qanunsuzluqlar aşkarlandığını təsdiqlədi.
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO










