EBRD Azərbaycanda yol infrastrukturuna 500 mln. dollar vəsait ayıracaq

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) gələn il Azərbaycanda yol infrastrukturunun yaxşılaşdırılmasına dəstək olacaq. Avtosfer.az xəbər verir ki, bunu EBRD-in Şərqi Avropa və Qafqaz üzrə icraçı direktoru Fransis Malij "Report"a açıqlamasında deyib. "EBRD gələn il Azərbaycanda çox böyük layihələrin icrasını nəzərdən keçirir. Bank Gəncədən Gürcüstan sərhədindəki "Qırmızı körpü"yədək olan avtomobil yolunun yenilənməsinə maliyyə vəsaiti ayırmağı düşünür. Həmçinin, Azərbaycanda ikinci dərəcəli yol şəbəkəsinin yaxşılaşdırılmasına investisiya yatırmağı davam etdirəcəyik", - deyə Bank rəsmisi qeyd edib. F.Malij əlavə edib ki, EBRD gələn il də Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində yerli kiçik və orta həcmli şirkətlər və banklarla işini davam etdirəcək: "2018-ci ildə icra ediləcək həmin yol infrastrukturu layihələrinin ümumi büdcəsi 300-500 mln. dollar arasında dəyişir".
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"










