Əbu-Dabidən Bakıya aviareys açıla bilər

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov “Etihad” aviaşirkətinin Əbu-Dabi şəhərində yerləşən baş qərargahında şirkətin rəhbərliyi ilə görüşüb. Avtosfer.az xəbər verir ki, Azərbaycanın BƏƏ-dəki səfirliyindən APA-ya verilən məlumata görə, görüşdə dünyanın 10 ən yaxşı hava yolları şirkətləri siyahısına daxil olan şirkətin baş icraçı direktoru Piter Baumqartner, birinci vitse-prezidenti Əhməd əl Qubaisi, vitse-prezidentləri Əli Saleh əl Bəluşi, Vicay Punusami, Məhəmməd Abdulla əl Buluki və Aleks Fizerston, həmçinin digər rəsmilər iştirak edib. Görüşün əsas məqsədi aviaşirkətin Azərbaycana birbaşa uçuşlarının təşkil edilməsi istiqamətində müzakirələrin aparılması olub. D.Şikarov son illərdə Azərbaycan rəhbərliyinin qəbul etdiyi qərar və görülən tədbirlər nəticəsində ölkəmizin turistik cazibədarlığının gücləndiyini, körfəz ölkələrindən Azərbaycana gələn turistlərin sayının 30 dəfədən çox artdığını, bu sahədə birbaşa təyyarə uçuşlarının vacibliyini diqqətə çatdırıb. O, hazırda Dubay-Bakı, Şarja-Bakı və Dubay-Qəbələ istiqamətində həftədə 45-dən çox uçuşun həyata keçirildiyini, Əbu-Dabidə açılması müzakirə edilən marşrut üçün böyük sərnişin potensialının olduğunu vurğulayıb. Səfir BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abulla bin Zayed əl Nəhyanın cari ilin mart ayında Azərbaycana rəsmi səfəri zamanı Azərbaycan vətəndaşlarının BƏƏ-yə gələrək yerində viza alması məsələsində ümumi razılığın əldə olunduğuna istinad edərək, Əbu-Dabi - Bakı reysinin Azərbaycanlı sərnişinlər üçün də yeni və maraqlı istiqamət kimi cəlbedici olacağını qeyd edib, reysin açılmasının faydalı tərəflərini izah edib. Tərəflər yaxın gələcəkdə şirkətin yüksək vəzifəli rəsmilərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfərinin təşkil edilməsi, yerində qiymətləndirmə və tezliklə reysin açılması istiqamətində müzakirələrin aparılması barədə razılığa gəliblər.
“Müstəqil Nəqliyyatçılar” təşkilatı piyada təhlükəsizliyi ilə bağlı ictimai müzakirə keçirib - VİDEO
Xəzər dənizi hansı ölkənin günahı ucbatından quruyur? - EKOLOQ
"Bütün sürücülər maşın sürməli deyil" - Ərşad Hüseynov
Kreml Çinə hansı siyasi mesajı göndərir? – POLİTOLOQ
"Jurnalistika və İnkişaf Mərkəzi" layihə ilə bağlı tədbir təşkil etdi - FOTOLAR
Bəzi yollarda tıxac yarandı - SİYAHI
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO










