ƏDV geri al layihəsi ilə bağlı RƏSMİ AÇIQLAM A
Gündəm 27 Noyabr 2020 19:58 Oxunub 380
ƏDV geri al layihəsi ilə bağlı RƏSMİ AÇIQLAM A

Son günlər vətəndaşlardan ƏDV geri al layihəsi ilə bağlı müxtəlif tətbiqlər və həmin tətbiqlərdən istifadə zamanı ƏDV-nin geri alınmasında çətinliklərlə üzləşmələri barədə müraciətlər daxil olur.

TED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, vətəndaşlar ticarət və ictimai iaşə obyektlərində ödəmələr zamanı hesablanmış ƏDV məbləğinin qaytarılması üçün www.edvgerial.az saytı və BirBank tətbiqindən istifadə edə bilərlər. 

Rəsmi elan edilmiş bu sayt və Birbank tətbiqi ilə bağlı hansısa çətinlik mövcud deyil. Ödənilmiş ƏDV-nin geri alınması üçün qeyd edilən sayt və tətbiqdən istifadə edilməsi tövsiyə edilir.

Vətəndaşlar digər yaradılmış müxtəlif tətbiqlərdən istifadədə diqqətli davranmalı, həmin tətbiqləri telefonlara yükləyərkən onların yaradılma məqsəd və şərtləri ilə tanış olmalıdırlar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh