"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO

“Azərbaycanda ÜDM 10 dəfə artaraq 76 milyard manata çatıb. Adambaşına düşən ÜDM isə 8 dəfə artıb. Ölkədə yoxsulluq dərəcəsi 45 faizdən 5 faizədək düşüb. Həmçinin Azərbaycanın iqtisadiyyatı olduqca yüksək sürətlə inkişaf edib”.
Avtosfer.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbirdə “Global Infrastructure Partners”in (GIP) təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi deyib.
O bildirib ki, bütün bunlar Prezident İlham Əliyevin nailiyyətləridir. Azərbaycan Türkiyə və Avropa üçün təbii qazın əsas tədarükçülərindən birinə çevrilib. Ölkə böyük inkişaf yolu keçib. Azərbaycanın beynəlxalq səviyyədə tanınan əraziləri geri qaytarılıb və sülh müqaviləsinin paraflanması həyata keçirilib. Azərbaycan ABŞ, Avropa, Türkiyə ilə çox güclü əlaqələr qurub, Çin və Rusiya ilə əlaqələr inkişaf edir. COP29-a ev sahibliyi edib. “Ona görə də Azərbaycan xalqı İlham Əliyevi 5 dəfə Prezident seçib. Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim”, - deyə Adebayo Oqunlesi bildirib.
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












