Əhməd Arslan: "Bakı-Tbilisi-Qars qərblə şərqi birbaşa bağlayacaq"

Bakı-Tbilisi-Qars qərblə şərq arasında dəmir yolu dəhlizini birbaşa bağlayacaq. Avtosfer.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan Uludağ iqtisadi sammitində bildirib. Nazir qeyd edib ki, iyun ayında layihənin inşası başa çatacaq: "Ədirnədən Qarsa, yəni Avropadan Asiyaya gedən birbaşa yük qatarının olması üçün İstanbulda iki qitəni dənizin altında birləşdirən Mərmərə layihəsini həyata keçirdik. Bu layihə Avropanı Qarsa qədər birbaşa birləşdirdi, amma Londondan gələn yükün Orta Asiyaya birbaşa gedə bilməsi üçün Bakı-Tbilisi-Qars layihəsini həyata keçirməyə başladıq. İyun ayında bu layihənin inşası başa çatacaq. Bununla da dəmir yolu dəhlizini şərq və qərb arasında birbaşa bağladıq".
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ












