Əhməd İsmayılov yeni qanun layihəsinin əsas məqsədini açıqladı - FOTO
Gündəm
14 İyun 2021 14:56

İyunun 14-də Medianın İnkişafı Agentliyinin və ADA Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə “Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlara başlanılıb. Birgə seminarın təşkil olunmasında məqsəd media nümayəndələri arasında təcrübə mübadiləsinin aparılmasıdır.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Media haqqında” qanun layihəsi barədə məlumat verib. O bildirib ki, qanun layihəsi media sahəsində ictimai münasibətlər sistemini tənzimləyən yeni normativ hüquqi aktın hazırlanmasını nəzərdə tutur.
“Qanun layihəsinin əsas məqsədi bütün media subyektlərinin, o cümlədən yeni yaranmış onlayn media subyektlərinin də fəaliyyətinin və hüquqlarının müəyyən olunmasıdır”, - deyə o bildirib.
Qeyd edək ki, iyunun 14-dən iyulun 10-dək davam edəcək seminarlarda 75 media nümayəndəsinin iştirakı nəzərdə tutulub. Onlar hər qrup üzrə 25 nəfər olmaqla 3 qrupa bölünərək, həm yerli, həm də xarici mütəxəssislərlə təcrübə mübadiləsi aparacaqlar. Qonaqlar arasında “Əl-Cəzirə” və “Haber Global”ın mütəxəssisləri də var.
Oxunub : 2522
DİGƏR XƏBƏRLƏR
18 Mart 2026 19:03
İranda vəzifəli şəxslərin ölümü dövlətin sisteminə necə təsir edir? – Politoloq AÇIQLADI
18 Mart 2026 18:45
Mən altıncı ildir Novruz bayramını Qarabağda qeyd edirəm - Azərbaycan Prezidenti
18 Mart 2026 18:18
Paytaxtın 26 küçəsində sıxlıq var - SİYAHI
18 Mart 2026 16:18
Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR
18 Mart 2026 15:53
Avtomobil nömrəsini “bron” etmək olar?
18 Mart 2026 15:30
Elektrikli avtomobillər Bakıda yanğın riskini artırıb – İki binanın yanmasının səbəbləri üzə çıxdı
18 Mart 2026 15:11
Közərmə lampalarına qadağa qoyuldu; satanlar və ölkəyə gətirənlər cəzalanacaq – AÇIQLAMA
18 Mart 2026 14:48
Şagirdlərin həyatı yalnız hansısa imtahan üzərində qurulur - TƏHSİL EKSPERTİ
18 Mart 2026 14:18
Müsəlman ölkələri ABŞ və İsrailə qarşı niyə İrana kömək etmir? – Politoloq AÇIQLADI
18 Mart 2026 13:30
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınma həcmi 4 milyon tona çatıb - EKSPERT
18 Mart 2026 00:00
Ramazan ayının iyirmi səkkizinci gününün duası: İmsak və iftar vaxtı
17 Mart 2026 21:45
Söyüş bloqerlərinin nümayiş etdirdiyi foto saxta çıxdı - FOTOLAR
ŞƏRH YAZ












