Ehtiyat hissələrinin alınması üçün tender keçirir - Bakı Metropoliteni

"Bakı Metropoliteni" QSC "AГМу", "АГМС", "АГМ" markalı təsərrüfat qatarları, avtomaşın və mexanizmlər üçün ehtiyat hissələrinin alınması ilə əlaqədar açıq tender elan edib. Avtosfer.az-ın verdiyi məlumata görə, tendet bir lot üzrə elan edilib və iştirak haqqı 200 manat təşkil edir. İddiaçılar tenderdə iştirak etmək üçün tələb edilən sənədləri 8 may saat 18:00-dək, tender təklifi və bank zəmanətini isə 17 may saat 18:00-dək Bakı şəhəri, M.Rəfili küçəsi,20 ünvanına təqdim etməlidirlər. İddiaçıların təklifləri 18 may saat 15:00-da göstərilən ünvanda açılacaq. Bundan başqa, "Bakı Metropoliteni" QSC "N.Nərimanov" deposunda blok-post binasının özülünün altına 700 mm olan dəmir-beton svayların betonlanması işlərinin alınması üzrə açıq tender keçirir. Tender bir lot üzrə keçirilir. İştirak haqqı 100 manatdır. İddiaçılar tenderdə iştirak etmək üçün zəruri sənədləri 24 may saat 18:00-dək, tender təklifi və bank zəmanətini isə 2 iyun saat 18:00-dək təqdim etməlidirlər. İddiaçıların təklifləri 5 iyun saat 15:00-da həmin edilən ünvanda açılacaq.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












