Əks yola çıxaraq təhlükə saçan sürücü CƏZALANDIRILDI - FOTO + VİDEO

Bir müddət əvvəl izləyicilərimizdən biri, Göyçayda avtomobillə yüksək sürətlə hərəkət edərək digər hərəkət iştirakçılarına təhlükə yaradan sürücü ilə bağlı Avtosfer.az-ın elektron poçtuna görüntülər göndərmişdi. Biz də məsələni işıqlandırmışdıq. Artıq sözügedən şəxs barəsində hüquqi tədbir görülüb.
Qeyd edək ki, təhlükə saçan sürücü ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi polkovnik-leytenant Rövşən Tağıyev Oxu.az-a bildirib ki, sözügedən görüntülər araşdırılıb:
"Hyundai" markalı, 77-CN-567 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün respublika əhəmiyyətli avtomobil yolunda təhlükəli manevr edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığına ciddi təhdid yaratması ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntü Baş DYP İdarəsində araşdırılıb. Sözügedən kobud qayda pozuntusunu törədən şəxsin Göyçay rayon sakini, Rafil Tarverdiyev olması müəyyən edilib. Araşdırma zamanı əməlindən peşman olduğunu bildirən R.Tarverdiyevlə profilaktik söhbətlər aparılıb və barəsində qanunamüvafiq inzibati tənbeh tədbiri tətbiq olunub".
Xatırladaq ki, iyunun 5-də Göyçay-Ağsu yolunda 77-CN-567 qeydiyyat nişanlı “Hyundaı” markalı avtomobilin sürücüsü qarşısındakı bir neçə nəqliyyat vasitəsini ötmək üçün əks yola çıxıb. Bu zaman yüksək sürətlə hərəkət edən maşın qarşıdan gələn avtomobil üçün təhlükə yaradıb. Manevr qaydalarını pozan sürücü İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən cərimə oluna bilər.
Məsələ ilə bağlı Avtosfer.az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, görüntülərlə bağlı araşdırma aparılır və qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq.
Məhəbbət Tərlanoğlu



Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO










