Ekspert “çimərlik kursları”ndan danışdı: “Sür, vura-vura öyrənəcəksən” deyirlər - VİDEO

Mövsümlə əlaqədar çimərliklərdə maşın sürməyi öyrənənlərə sıx-sıx rast gəlirik. Bu üsulun pulsuz olması daha çox insanların diqqətini cəlb edir. Adətən ailə üzvlərinin, yaxınlarının məsləhəti və köməyi ilə onlar dəniz sahilində avtomobili idarə etməyə çalışırlar.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov qonağı olduğu “Avto.Fm” radio kanalında yayımlanan “Qaydaları pozma” verilişində mövzuya münasibət bildirib: “Bildiyimiz kimi bəzi insanlar dəniz kənarı ərazilərdə “çimərlik kursları” təşkil edərək yaxınına, dost-tanışına maşın sürməyi məsləhət görürlər. Nəticədə onlar çimərliyə üz tutaraq maşınla bir-iki dairə vururlar. Sonda da nəqliyyat vasitəsini dənizə salırlar, ya da harasa çırpırlar. Buna baxmayaraq ailə üzvləri, yaxud qohumları qəza törədən şəxsə “Eybi yox, sür, vura-vura öyrənəcəksən” deyirlər”.
Aqil Rəhimov sürət həddini aşan sürücülərlə bağlı da danışıb: “Sürücü aqressiyasının birinci elementlərindən biri sürət həddini lazımsız artırmalarıdır. Sürət həddini artıraraq, qayda pozaraq yüksəldirlər, amma avtomobili necə saxlayacaqlar bunu düşünmürlər”.
Nərmin
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO










