Ekspert deputatla razılaşmadı: Velosipeddən istifadə edənlərin sayı artıb - FOTO
Gündəm
4 Oktyabr 2024 14:40

Bakıda velosiped üçün yollar yaradılsa da, velosiped sürən yoxdur.
Bunu deputat Zahid Oruc Bakıda “Yeni nəsil iqtisadiyyat: çağırışlar və perspektivlər” mövzusunda keçirilən "3-cü İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Beyin Mərkəzləri Forumu"nda bildirib.
"Avtobuslar üçün zolaqlar yaratmışıq, avtobus qalıb bir tərəfdə, bütün zolaqlar zəbt olunub. Velosiped yolları yaratmışıq, ancaq velosiped sürən varmı? Yox. Bu gün Azərbaycan cəmiyyəti alternativ enerjiyə keçməyə hazırdırmı? Kimsə sorğu edə bilirmi cəmiyyətdə alternativ enerjiyə baxış necədir? Həqiqətən günəşi və küləyi real enerjiyə çevirməyə hazırıqmı? Bu sahədə böyük işlər görməliyik", - deyə o qeyd edib.
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev açıqlamasında Deputatla razılaşmadığını deyib:

''Paytaxtda velosiped zolaqları şəbəkəsinin genişləndirilməsi əksinə, bu nəqliyyat vasitəsindən istifadə edənlərin sayını artırıb. Beləki saatlarla tıxacda qalmaq istəməyən sürücülər velosipedlərə üz tuturlar. Artıq insanlar velosipeddən əyləncə və idman üçün deyil, həm də işə getmək üçün istifadə edirlər. Müşahidələrimə əsasən velosiped mağazalarında da canlanma var. Hətta, son vaxtlar elektrikli velosipedlərə maraq artıb''.
Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı isə bildirib ki, velosiped və avtobus zolaqlarının yaradılması digər hərəkət iştirakçıları üçün məqbul sayılmır:

''Onlar öz narahatçılıqlarını müəyyən formada ifadə edirlər. Tez-tez tıxaca düşən sürücüləri haqlı saymaq mümkündür. Əslində mövcud problem hansısa yolla öz həllini tapmalıdır. Fikrimcə, avtobus zolaqlarının təşkili əhəmiyyətlidir. Ancaq həmin zolaqların istifadə qaydaları müəyyənləşdirilməlidir ki, bəzi hallarda ora digər nəqliyyat vasitələri də daxil ola bilsin. Xüsusi ilə taksilərin həmin zolaqlarda müştərini mindirib-düşürmək imkanı yaradılmalıdır. Məsələn, valosiped zolaqları çəkilərkən süni maneələr qoyulub. Bu halda avtobus ora girə bilmir. Velosiped zolağı sağ tərəfdədir, avtobus isə ondan sonrakı zolaqdadır. Beləki avtobus yolun ortasında dayanır. Ola bilsin ki, bu hansısa ölkədə tətbiq olunur. Lakin ənənəvi araşdırdığımız ölkələrdə belə bir metod yoxdur. Zənnimcə, bu nüanslara bir daha diqqətlə baxmaq lazımdır. Lakin velosiped zolaqlarında heç bir velosiped yoxdur deyib hər şeyin üstündən xətt çəkə bilmərik. Çünki həmin zolaqlar olduğu halda velosipedə maraq getdikcə artacaq. İnsanların hamısının evdən işə velosipedlə gəlib-gedəcəyini düşünmək doğru yanaşma deyil. Ona görə ki, velosiped sürən şəxsin əzələsi işlədiyi üçün tərləyir. Kimsə tərli formada iş yerinə gəlmək istəməz. Doğrudur, kuryerlik edən adamlar bu zolaqlardan istifadə edir. Amma Azərbaycan xalqının kütləvi şəkildə velosiped idarə etməsi çətindir. Bu mənada Zahid Orucun sözlərində həqiqət var. Unutmamalıyıq ki, ölkəmizdə velospedə maraq günü-gündən artır. Velosiped istifadəçilərini dəstəkləmək məqsədi ilə bu təşəbbüsü dəstəkləməliyik. Amma hər küçədə zolaqları kəsib avtomobilləri saatlarla tıxacda saxlamaq da düzgün deyil".
(serg.az)
Oxunub : 818
DİGƏR XƏBƏRLƏR
9 Oktyabr 2026 22:06
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
9 Oktyabr 2026 20:17
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
9 Oktyabr 2026 17:46
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
9 Oktyabr 2026 17:35
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
9 Oktyabr 2026 16:41
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
9 Oktyabr 2026 15:48
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
9 Oktyabr 2026 13:00
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
9 Oktyabr 2026 11:00
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
9 Oktyabr 2026 10:34
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
9 Oktyabr 2026 10:00
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
9 Oktyabr 2026 08:38
Bu yollarda tıxac var - SİYAHI
8 Oktyabr 2026 21:23
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
ŞƏRH YAZ












