Ekspertlər: "Yollardakı tıxaclar qlobal iqtisadiyyatın inkişafına mane olacaq"

İnkişaf etməkdə olan ölkələrdə mövcud olan tıxac problemi avtomobil satışının azalmasına və neftə tələbatın düşməsinə gətirib çıxara bilər. Avtosfer.az "Report"a istinadən bildirir ki, belə bir nəticəyə 1,29 trln. ABŞ dolları həcmində aktivləri idarə edən "Legal & General Investment Management" (LGIM) investisiya şirkətinin mütəxəssisləri gəliblər. LGIM-in analitiki Kurt Gilbert (Court Gilbert) hesab edir ki, yaxın 20 ildə dünyada avtomobillərin ümumi sayı 2 dəfə artacaq və bunun 90%-i inkişaf etməkdə olan ölkələrin payına düşəcək.
BP şirkətinin hesabatında isə bildirilir ki, OECD üzvü olmayan ölkələrdə 2015-2035-ci illərdə avtomobillərin sayı 3 dəfə artaraq 1,2 mlrd. ədədə çatacaq. Bu da öz növbəsində enerji mənbələrinə qlobal tələbatı 30% artıracaq. "ExxonMobil" şirkətinin hesabatına görə isə, 2015-2040-cı illər ərzində Asiya-Sakit Okean regionunda enerji mənbələrinin istehlakı 62% artacaq.
Naviqasiya avadanlığı istehsal edən "TomTom" şirkətinin əhalisinin sayı 800 min nəfəri ötən 188 şəhərdə apardığı təhlildə dünyanın 20 ən tıxaclı şəhərlərindən 19-u inkişaf etməkdə olan ölkələrdə yerləşir. Hesabat əsasən, ilk sırada Mexiko şəhəri gəlir. Onu Banqkok və Jakarta izləyir. Çinin Çuntsin və Çendu şəhərləri 4-cü və 5-ci sırada yer alıb. Yolları ən çox yüklənmiş şəhərlər arasında növbəti yerləri Taynan, Rio de Janeyro, İstanbul və Buxarest tutur.
"Nation Master" statistik araşdırmalar şirkəti qeyd edir ki, 2014-cü ilin yekunlarına əsasən, ABŞ-da hər 1 000 nəfər əhalinin payına 797, Avstraliyada 717, İtaliyada 679 avtomobil düşüb. Lakin, əhalinin sıxlığı nəzərə alındıqda, inkişaf etməkdə olan şəhərlərdə avtomobillərin sayı şox tezliklə rekord səviyyəyə çatacaq. Belə ki, Dakkada hər 1 kv. km-ə 44 100 nəfər, Mumbai və Honq-Konqda 25 000 nəfər düşür. Müqayisə üçün qeyd edək ki, Londonda bu göstərici cəmi 5 600 nəfər təşkil edir.
Bununla yanaşı, yol infrastrukturuna görə də inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələri üstələyir. Belə ki, LGIM-in araşdırmasına görə, ABŞ-da hər 1 000 nəfərə 22,2 km, Çində isə cəmi 1,1 km yol düşür. Ümumiyyətlə, bu göstərici inkişaf etmiş ölkələrdə orta hesabla 7,7 km, inkişaf etməkdə olan ölkələrdə isə 2,8 km təşkil edir. LGIM müqayisə üçün bildirir ki, son 10 ildə Çində yeni yolların salınması 30% artdığı halda, avtomobillərin sayı 4 dəfə artıb.
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI
Azərbaycanda elektrikli nəqliyyatın dönüşü; bir əsrlik tarix yenidən canlanır – EKSPERT










