Elan edilən ucuz aviabiletlər niyə satılmır? - VİDEO

Bir neçə ay əvvəl "Azərbaycan Hava Yolları"nın aşağı büdcəli brendi Bakıdan avropaya 49 avroya uçuş təqdim etdi. AZALJET, 28 mart tarixindən etibarən uçuşları yerinə yetirdi. Amma hazırda lou-kost yəni ucuz biletləri tapmaq müşkül məsələyə çevrilib. Ucuz bilet istəyənlər yalnız sentyabr ayınının 20-dən sonra boş yer tapa bilir
AZAL- mart ayında AZALJET brendi altında bir çox ölkəyə bir tərəfli qaydada 49 avrodan başlayan qiymətlərlə uçuşların təşkil olunduğunu açıqlamışdı. Amma elan edilən - İstanbul, Antaliya, Kiyev, Moskva, Sankt Peterburq, Kazan, Dubay və digər şəhərlərə 49 avroya uçmaq müşkül məsələyə çevrilib. Düzdür, yerlərin məhdud olduğu AZAL tərəfindən açıqlansa da , ümumiyyətlə bilet tapmaq olmur.
Bu günlərdə qapı-qapı gəzib ucuz aviabilet axtarmayın. Çünki, olan bir iki yer də artıq bron edilib. İnsanlar isə bu halı özlərinin aldadılması kimi xarakterizə edirlər. AZAL-ın mətbuat xidmətindən isə bildirildi ki, AZALJET-də ucuz biletlər var lakin sayıları məhduddur. Dünya praktikasına uyğun olaraq AZAL-da yerləri məhdud sayda təqdim edir. Vətəndaşlar isə daim azalın saytını nəzarətdə saxlayaraq boş yerlər haqqında məlumat əldə edə bilərlər. Çünki kassalara getmədən, “online” qaydada daha tez, bilet almaq mümkündür.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












