Banner

Elçin Quliyev yola salınır - DSX-nin YENİ RƏİSİ BU ŞƏXS OLACAQ - FOTO

Gündəm 25 Aprel 2021 23:02 Oxunub 11682
Elçin Quliyev yola salınır - DSX-nin YENİ RƏİSİ BU ŞƏXS OLACAQ  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev yaxın zamanlarda öz vəzifəsi ilə vidalaşaq. Onun yerinə DSX rəisinin müavini, Sərhəd Qoşunlarının komandanı general-leytinant Araz Məmmədov təyin ediləcək. Bu barədə  gununsesi.info-ya DSX-dakı mənbələrərdən informasiya daxil olub. Məlumata görə, bu təyinatla bağlı artıq Elçin Quliyevin özündə də bilgisi var.
Bir müddət əvvəl DSX-da keçirilən antikorrupsiya əməliyyatlarının istintaqı ilə bağlı araşdırmaların nəticəsi Elçin Quliyevin yola salınmasını qaçılmaz edib.
Faktiki olaraq DSX-ya rəhbərliyi Araz Məmmədov həyata keçirir. Yeni hərbi hissələrin açılışından tutmuş digər məsələlərin həllini ali rəhbərlik Araz Məmmədovla qərarlaşdırır.
Saytımızı bilgiləndirən mənbə onu da deyib ki, DSX rəisi postuna Araz Məmmədovun müəyyən edilməsi təsadüf olmayıb.

Belə ki, adıçəkilən xidmətdə Elçin Quliyevlə uzun müddət konfilikt münasibətində olan şəxs məhz Araz Məmmədov olub.

Hətta onun  general-leytenant alması Elçin Quliyevin başı üzərindən olub. Belə ki, Elçin Quliyevin  DSX zabitlərinin ali hərbi rütbələrinin artırılması ilə bağlı Prezidentə yolladığı təqdimatında Araz Məmmədovun adı olmasa da “yuxarıdan” gələn zənglə bu məsələ öz həllini tapıb.

Ancaq rütbələrin verilməsi  mərasimində Elçin Quliyev öz müavininə yeni rütbəni təqdim etməkdən imtina edib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh