Eldəniz Səlimov polisi sevgilisinə görə döyübmüş - SENSASİON İDDİA

Xəbər verdiyimiz kimi, iyulun 28-dən 29-na keçən gecə Xaçmazdakı “Starıy Dvor” restoranında deputat Eldəniz Səlimov polis əməkdaşına qarşı zor tətbiq edib.
Azadinfo.az-a daxil olan məlumatda insidentlə bağlı bəzi detallar məlum olub.
İddiaya görə, Eldəniz Səlimov təxminən bir ay əvvəl Xaçmazdakı “Starıy Dvor” restoranında əcnəbi (türkmən olduğu da deyilir – red.) sevgilisi ilə dincələrkən polis əməkdaşı Zaur Cavanşir oğlu Mirzəyev də mülki geyimdə ora gəlib və E. Səlimovun sevgilisinə baxaraq, atmacalı ifadələr işlədib. Bundan sonra Səlimov və polis əməkdaşı arasında gərginlik yaranıb. Mübahisə zamanı orada olan digər şəxslər Z. Mirzəyevi restorandan uzaqlaşdırıb. Daha sonra deputat polisə zəng edib və ona təhqiredici ifadələr işlədib.
Qeyd edək ki, sözügedən xəbər yayıldıqdan sonra polis əməkdaşının E.Səlimovun danışığını telefonunun yaddaşına yazdığı və bunu ifadəsi zamanı DİN-in istintaq qrupuna təhvil verdiyi bildirilmişdi. Lakin səs yazısı barədə heç bir məlumat yox idi.
Bu gün də Milli Məclisin iclasında spiker Sahibə Qafarova Tahir Kərimlini səs yazısını dinləməyə dəvət edib.
Spikerin bu sözləri də təsdiqləyir ki, E.Səlimov hətta xanım sədrin dinləməyi mədəniyyətinə sığışdırmadığı ifadələrdən istifadə edib.
Söyüş bloqerlərinin nümayiş etdirdiyi foto saxta çıxdı - FOTOLAR
Bakıda bu ərazilər YENİDƏN QURULACAQ
Bu qəsəbədə yol sürücülərin kabusuna çevrilib - Maddi ziyan qaçılmazdır - VİDEO
Nəqliyyat sistemi modernləşdirilir – Tıxacla mübarizədə başqa addımlar da atılmalıdır
Bakıda avtobus zolaqları genişlənəcək - Ekspert açıqladı
“Nizami” metrosunun qarşısında velosipedçilərin təhlükəsizliyi təmin edildi - VİDEO
Robert Köçəryanın Qarabağla bağlı dedikləri Ermənistanı çalxalayıb - POLİTOLOQ
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ
İntensiv qar yağacaq, 17 dərəcə şaxta olacaq - PROQNOZ










