“Elə nömrələr var ki, polis yaxınlaşmağa qorxur” - Deputat

“İndi qocalmışam. Gün o gün olsun ki, Bakı- Astara yolunun tam açılmasını görüm. Uzun illərdir ki, bu yolda hissə-hissə təmir gedir. Ancaq biz əgər yollarda ölümün qarşısını almaq istəyiriksə, sürücülük vəsiqəsinin satılmasının qarşısını alımalıyıq”. Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bunu millət vəkili Araz Əlizadə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında yollarda qəza hadisələrinin sayının çox olması probleminə toxunarkən deyib. O qeyd edib ki, hazırda yollarda cavanlar tüğyan edirlər: “Bizdə xüsusi maşın nömrələri var ki, onlara polis yaxınlaşmağa qorxur. Onlar ləğv edilməlidir. Bəzi region nömərləri var ki, polis onlara da yaxınlaşmağa qorxur. Onlar da ləğv edilməlidir. Bunlar ləğv edilmədikcə, necə yol çəkilir çəkilsin, qəzalar yenə də baş verəcək”.
Millət vəkili Elmira Axundova da həmkarının fikrini dəstəkləyib. O qeyd edib ki, bu qədər işlər görülməsinə baxmayaraq yollarımızda biabırçı vəziyyət müşahidə olunur: “Bu, dəhşətdir. Bizdə Qarabağ müharibəsində 30 minə yaxın adam həlak olub. Həmin bu ildən sonra isə 50 min nəfər yollarda ölüb. Bu yaxınlarda 3 nəfər turist həlak olub. Camaat bura ölməyə gəlmir ki... Mən çox həyacan keçirirəm. Bizim yollarımızda pis vəziyyət var. Bununla bağlı qanun layihəsi hazırlanmalıdır”.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI













