Elektrik avtomobillərinin infrastrukturunun inkişafı üçün yol xəritəsi hazırlanıb - AYNA

Elektrik avtomobillərinin ölkəyə gətirilməsi üçün tətbiq olunan vergi güzəştinin vaxtı 2026-cı ilin yanvar ayında başa çatır. Lakin karbon emissiyasının azaldılması üçün müvafiq təkliflər hazırlanıb hökumətə təqdim olunacaq. Elektrik avtomobillərinin infrastrukturunun inkişafı üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yol xəritəsi hazırlayıb və həyata keçirir.
Avtosfer.az xəbər verir ki, bu sözləri Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisində təşkil olunan “Azərbaycanda elektrik avtomobilləri üçün infrastrukturun inkişafı” panel müzakirəsində AYNA-nın Dövlət proqramlarının idarə edilməsi şöbəsinin müdiri Vüsal Abbasov deyib.
O bildirib ki, elektromobillərin təşviqi üçün AYNA bir sıra tədbirlər həyata keçirir və infrastruktur layihələrinin reallaşması istiqamətində işlər aparır.
V. Abbasov nəzərə çatdırıb ki, “AzərEnerji” tərəfindən regionlarda elektromobillər üçün elektrik doldurma məntəqələrinin sayı artırılır: “Dövlət elektrik doldurma cihazlarının idxalı üçün çox güzəştli vergilər tətbiq edir. Onların ehtiyat hissələri isə vergidən azad edilib. Bu tədbirlərin məqsədi ondan ibarətdir ki, elektromobil istifadəçiləri regionlara sərbəst səyahət edə bilsinlər”.
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












