Elektrik mühərrikli maşınlara tələb artacaq - VİDEO

Azərbaycana benzin mühərrikli avtomobillərin idxalı azalıb, amma dizel mühərrikli maşınların sayı artır. Statistik məlumatlara görə, 2021-ci ildə ölkəyə 50,6 min, 2022-ci ildə 35,1 min, 2023-cü ildə isə 38,7 min benzin mühərrikli avtomobil idxal olunub. Dizel mühərrikli avtomobillərdə isə bu rəqəm müvafiq olaraq 21,4 min, 21,8 min, 32,1 min ədəd olub. Ekpertlərin sözlərinə görə, dünya ölkələrində elektrik mühərrikli və hibrid avtomobillərə keçid baş verdiyi müddətdə ölkəmizdə dizel avtomobillərə tələbat daha çoxdur. Bu isə ənənəvi avtomobillərin qiymətilə əlaqələndirilir.
Ekspert İlqar Hüseynlinin sözlərinə görə, yaxın gələcəkdə bu statistika dəyişəcək.
İlqar Hüseynli hesab edir ki, bir neçə gün əvvəl yanacağın qiymətinin dəyişməsi ilə bağlı verilən qərar dizel və benzin yanacaqlı maşınlara tələbatı azladacaq.
Qeyd edək ki, son illərdə Azərbaycana avtomobil idxalında hibrid və elektrik mühərrikli avtomobillərin də sayında artım müşahidə edilir.
Daha ətraflı videomaterialda.
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür










