Elektrik qatarlarında yeni ödəniş sistemi tətbiq olunacaq

Azərbaycanda elektrik qatarlarında elektron gediş kartları tətbiq olunacaq. Avtosfer.az-ın məlumatına görə, bununla bağlı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tender elan edib. Tender iki lotdan ibarətdir. 1-ci lot elektrik qatarlarına bilet satışı sistemi üçün lazım olan avadanlıqların, 2-ci lot isə elektron gediş kartlarının tətbiqi üçün avadanlıqların alınması ilə bağlıdır. Elektron gediş kartlarının tətbiqindən sonra elektrik qatarlarından istifadə edən sərnişinlər gediş haqlarını elektron kart vasitəsilə ödəyəcək. Bunun üçün “Azərbaycan Dəmir Yolları”nın öz kartları olacaq. Dəmir yol stansiyalarında elektron karta vəsait yükləmək üçün cihazlar quraşdırılacaq. Kartın balansından vəsait isə sərnişinin getdiyi məsafəyə uyğun çıxılacaq.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












