Elektrikli avtomobillərə maraq artıb; karbon emissiyaları azalır - VİDEO

Azərbaycanda elektrikli avtomobillərə maraq artıb.
Avtosfer.az-ın məlumatına görə, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov bildirib ki, ölkədə elektrik mühərrikli nəqliyyat vasitələrinin sayı 60 faiz artıb.
Elektrikli avtomobillərin təmiz enerji ilə işlədiyi üçün karbon emissiyalarını azaltdığını deyən nazir müavini elektromobillərin yanacaq xərclərinin də ənənəvi daxili yanma mühərrikləri ilə müqayisədə aşağı olduğunu bildirib.
Avtomobil satışı üzrə mütəxəssislər bildirirlər ki, elektromobillərə artan maraq avtomobil bazarında digər maşınların satışına təsirsiz ötüşmür.
Avtomobil ustası Dəniz Ağabəylinin sözlərinə görə, elektromobillərin müsbət tərəfləri ilə yanaşı, bölgələrdə elektrik doldurma məntəqələrinin və avtomobil ustalarının az olması kimi çətinlikləri də mövcuddur.
Dəniz Ağabəyli onu da əlavə edib ki, elektromobillərin digər problemi isə ehtiyat hissələrinin az tapılmasıdır. Bu isə daha çox rəsmi servisdən alınmayan avtomobillərdə özünü göstərir.
O, elektromobillərdə hava şəraiti və sürüş tərzinə əsasən kilometrajda enmələrin olduğunu da qeyd edib.
Daha ətraflı videomaterialda.
21 Mart - Beynəlxalq Novruz Günüdür
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub
İnsanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN - FOTO - VİDEO
Bakıda piyadalar üçün çıxılmaz vəziyyət: Zolaq yarıda kəsilir - VİDEO
Baharın müjdəçisi və türk dünyasının birlik bayramı - NOVRUZ
Maşına quraşdırılan əlavə avadanlıqlar mühərrikə necə təsir edir? - ARAŞDIRMA
MSK sədri və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Bakıya giriş bağlandı - Uzun tıxac yarandı - VİDEO










