Elektromobil batareyaları ilə bağlı radikal tələb – YANĞIN TARİXƏ QOVUŞUR

Çin hökuməti elektromobil batareyaları ilə bağlı yeni standart hazırlayıb.
Avtosfer.az xəbər verir ki, yeni qaydaları tətbiq etməklə Pekin elektromobil yanğınlarına birdəfəlik son qoymaq istəyir. Məsələ burasındadır ki, yanğınsöndürən komanda ənənəvi avtomobili 15-20 dəqiqəyə söndürə bildiyi halda, elektromobili söndürməyə saatlarla vaxt, on tonlarla su və köpük sərf olunur. Çünki batareyanın tərkibindəki litium oksigenlə reaksiyaya girərək daha da alovlanır. Məsələ, Azərbaycan kimi ölkələrdə aktual olmasa da, elektromobillərin kütləviləşdiyi ölkələrdə ciddidir.
Qaydaya görə, 2026-cı ilin iyulundan etibarən elektromobillərdə yanan və ya partlayan batareyalardan istifadə qadağan edilir. GB38031-2025 saylı normaya əsasən, elektromobilin batareyası qızma və ya zərbə nəticəsində belə, alovlanmamalıdır.
Avropalı ekspertlərin qənaətinə görə, bu qayda beynəlxalq normaya çevrilə bilər. Belə olacağı təqdirdə, yaxın 10 ildə ümumilikdə minik avtomobilin yanması nadir hadisəyə çevriləcək.
Vüqar
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












