Elektron Tərəzilərin Vahid Monitorinq Mərkəzinə mediatur - FOTOLAR

Yol infrastrukturunun qorunması, yolların istismar müddətinin uzadılması və təhlükəsizlik tələblərin təmin edilməsi istiqamətində inovativ texnologiyaların tətbiqini daima nəzarətdə saxlayan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Elektron Tərəzilərin Vahid Monitorinq Mərkəzinə mediatur təşkil edib.
Avtosfer.az xəbər verir ki, media nümayəndələrinə paytaxtın Qaradağ rayonunda quraşdırılan elektron tərəzilərin iş prinsipi və mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verilib.

AYNA tərəfindən yaradılan Elektron Tərəzilərin Vahid Monitorinq Mərkəzinin fəaliyyəti iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrlərinə nəzarət məqsədi daşıyır. Monitorinq mərkəzi elektron tərəzilərdən əldə olunan məlumatları toplayır, emal edir və qanunvericiliklə nəzərdə tutulan qaydada istifadə edir.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İnformasiya Sisteminə inteqrasiya olunmuş mərkəz, iriqabaritli nəqliyyat vasitələrinin qanun pozuntularını aşkar etməyə imkan verir. Media nümayəndələri elektron tərəzilərin texniki göstəriciləri ilə tanış olmaq üçün Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun 47,9-cu kilometrindəki məntəqəyə səfər ediblər.

Qeyd edək ki, yeni texnologiyaların tətbiqi yol infrastrukturunun qorunması və təhlükəsizlik tələblərinin təmin edilməsinə yönəlib. Ümumilikdə 31 yerdə 51 tərəzinin quraşdırılması planlaşdırılır. Artıq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda və Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda ümumilikdə 6 elektron tərəzi quraşdırılıb, digər məntəqələrdə işlər davam edir.

Qanunvericiliyə əsasən, icazə verilən qabarit parametrlərini aşan nəqliyyat vasitələri foto və videoqeydiyyat vasitələri ilə aşkar edilərək, mərkəzi informasiya sisteminə məlumat ötürülür. İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, cərimələr 200 manatdan 7000 manatadək nəzərdə tutulub.

Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












