Banner

Elektrovozun hava çənləri oğurlandı - Gəncədə

Gündəm 10 Noyabr 2016 11:35 Oxunub 1837
Elektrovozun hava çənləri oğurlandı - Gəncədə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Gəncə şəhərində elektrovozdan oğurluq edilib. Avtosfer.az Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsi (NBPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 4-dən 7-dək olan müddətdə Gəncə lokomotiv deposundan elektrovoza məxsus 7 ədəd hava çənini oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Ramal Məmmədov tutulub.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh