Ələt-Astara magistral yolunun Cəlilabaddan keçən hissəsi bərpa edildi - FOTO

Ələt-Astara yolunun Cəlilabaddan keçən hissəsi bərpa edilib. Avtosfer.az xəbər verir ki, bu barədə Cəlilabad rayon Fövqəladə Hallar Komissiyasının sədri Vidadi Dövlətovun “Report”a verdiyi məlumata görə, rayonun Alar kəndi ərazisindən keçən və sel sularını ötürmək üçün qazılan Ələt-Astara magistral yolunda suyun səviyyəsi azalan kimi gecə saatlarından başlayaraq təmir işlərinə başlanılıb.
Əraziyə cəlb edilmiş texnikaların, işçi qüvvəsinin köməkliyi ilə magistral yol bir qədər bundan öncə təmir edilərək bərpa olunub.
Qeyd edək ki, ötən gün rayonun Cəfərxanlı kəndi ərazisində sel-sular bəndi aşaraq İncəcay çayının səviyyəsini maksimum həddə çatdırmaqla, Alar kəndi ərazisindən keçən Ələt-Astara magistral yolunu su basmış, yol kəsilmişdi. Yol bağlı olduğundan nəqliyyat vasitələri alternativ olaraq Təzəkənd, Üçtəpə, Cəfərxanlı və Gülməmmədli avtomobil yolundan istifadə edirdi.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI


















