Ələt limanındakı bərələr təmir olunacaq – FOTO

“Bibiheybət” Gəmi Təmiri Zavodunda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus üzən emalatxananın təmirinə başlanılıb. Avtosfer.az xəbər verir ki, bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən bildirilib.
Məlumata görə, təmir başa çatdıqdan sonra üzən emalatxananın yedək gəmisi ilə Ələtə - yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanına aparılması gözlənilir.
“Transxəzər” Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yüklərin vaxtında daşınması üçün fəaliyyətdə olan bərələrin Ələt limanında operativ təmirinə zərurət yaranıb. Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara veriləndən sonra “Şərq-Qərb” nəqliyyat dəhlizi üzrə daşınan yüklərin həcmində də artım proqnozlaşdırıldığından Gəmiçiliyin rəhbərliyi üzən emalatxananın təmirinə qərar verib.
Üzən emalatxana Xəzərin ən böyük yükaşırma müəssisəsinə yan alacaq gəmilərə operativ xidmət göstərməyə imkan verəcək. Bununla da, gəmilərin səfərlərarası cari təmirində vaxt itkisi aradan qaldırılacaq. Belə ki, əvvəllər gəmilərin “Bibiheybət” və “Zığ” gəmi təmiri zavodlarında həyata keçirilən cari təmir işləri bundan sonra yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanında gerçəkləşdiriləcək.
Müasir standartlara cavab verəcək üzən emalatxanada gəmilərin təmiri ilə bağlı bütün xidmətlər göstəriləcək. Burada işçi heyətin yaşayışı üçün də zəruri hər şey nəzərə alınıb. Kayutlar, yeməkxana, istirahət otağı ilə yanaşı, üzən qurğuda“AXDG” QSC-nin internet və lazımı avadanlıqlarla təchiz edilən stasionar ofisi də fəaliyyət göstərəcək.
“AXDG” QSC-nin sədri Rauf Vəliyev 24 saat növbəlilik qrafiki ilə icra edilən təmir prosesi ilə yaxından tanış olub. O bildirib ki, təmir işləri plana uyğun aparılır: “Təmirin yanvarın sonunda başa çatdırılacağı nəzərdə tutulub”.
Hazırda emalatxanın yerləşəcəyi ərazidə Gəmiçiliyin sifarişi ilə “Caspian Marine Services” şirkəti dibdərinləşdirmə işləri görür. İşin gedişatı ilə maraqlanan QSC-nin sədri limanın nümayəndələri ilə də görüşüb.
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ

















