Elgün İbrahimovun ölümü Milli Məclisdə müzakirə edildi

"Hər bir gəncin ölümü çox üzücü və ağırdır. Onun ailəsi, yaxınları üçün sağalması mümkün olmayan travma deməkdir. Ötən gün Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə açıqlamsı oldu. Bu məsələyə aydınlıq gətirildi ki, həmin şəxs qəsdən öldürülməyib".
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev Elgün İbrahimovun ölümü ilə bağlı danışarkən deyib.
"Ona görə bu məsələyə toxunuram ki, bir çox hallarda bizlər istintaqın nəticəsini gözləmədən dərhal müxtəlif fərziyyələr irəli sürürük. Bu fərziyyələr bir çox hallarda həmin gəncin ailəsinin dərdinin üzərinə əlavə dərd gətirir. Məsələn, onun valideyni fikirləşəcək ki, oğlumu öldürüblər, amma onun qatilləri azadlıqda gəzir və s. Son vaxtlar uzun illər bağlı qalmış çoxlu sayda qəsdən adam öldürmə cinayətlərinin üstü açılıb. Cinayətin qurbanlarının yaxınları təskinlik tapıblar ki, ədalət öz yerini tapdı. Həmin şəxslər ədalət mühakiməsi qarşısına çıxarılıb layiqli cəzalarını alıblar. Bu məsələlərdə bizim hüquq-mühafizə orqanlarının prinsipial mövqeyini qeyd etmək lazımdır. Hüquq-mühafizə orqanlarını tənqid qərəzli olmalı deyil. Hüquq-mühafizə orqanlarını gözdən salanda bundan ən çox əziyyət çəkən vətəndaşlar olacaq. Vətəndaşlar hüquq-mühafizə orqanlarına kömək etməsələr, cinayətkarlığa qarşı effektiv mübarizə aparmaq olmayacaq", - deyə deputat bildirib.
Ermənistanda yayda keçiriləcək seçkilərdə Paşinyan qalib gələ biləcək? – Politoloqdan AÇIQLAMA
Əli Əsədov vacib məsələ ilə bağlı nazirləri topladı – Tapşırıqlar verdi - FOTOLAR
Paytaxtın 23 küçəsində tıxac var - SİYAHI
Zabrat‑Maştağa şossesindəki çuxur sürücüləri yarı yolda qoyur – ŞİKAYƏT - VİDEO
Nazir Niyaməddin Musayevin qızını işdən çıxardı
Hikmət Hacıyevin adından yayılan video saxtadır – RƏSMİ AÇIQLAMA
Bakının küçələri yenidən qurularkən nələr nəzərə alınmalıdır? - ARAŞDIRMA
Kəmaləddin Heydərovun işdən çıxardığı şəxs xanımının yaxın qohumu imiş - FAKTLAR
Aİ-92 markalı benzinin ixracına dair göstəricilər açıqlandı
Ərlə arvad bir-birinin maşınını etibarnaməsiz sürə bilər? - Qanunda hələ də boşluq var
Benzinlə bağlı YENİ XƏBƏR – Qiyməti…











