"Elgünlə hadisə baş verən günü mesajlaşmışıq" - Anası danışdı - VİDEO

"Hadisə baş verən günü Elgünlə mesajlaşmışıq. İnformatika hazırlığında idi. Orada olanda da yazışmışıq. Hazırlıqdan çıxandan sonra da danışdıq. Dedi, ana, çıxdım, gedirəm rəqsə. Dedim evə get, yemək ye. Ac olmadığını, piyada getdiyini dedi”.
Avtosfer.az xəbər verir ki, bu sözləri mayın 12-si axşam saatlarında Gəncədə yaralı halda tapılan və xəstəxanada vəfat edən 18 yaşlı Elgün İbrahimovun anası RTV-yə açıqlamasında deyib.
O bildirib ki, Elgün rəqsdən sonra trenajora getməli imiş: “Saat 6-7-yə qalmışa qədər gözlədim, zəng vurdum, zəng çatmadı. Narahat oldum. İnformatika müəlliminə zəng vurdum ki, hazırlıqda birlikdə çıxdığı uşaqların nömrəsini götürüm. Qardaşıma, digər oğluma da zəng vurdum ki, gedin ətraf ərazilərə baxın, bəlkə, Elgünü hardasa görərsiniz. Gecə saat 1-də də oğlumla Elgünü axtarmışıq. Elgünün davranışlarında da heç bir dəyişiklik yox idi. Biz söhbət edirdik, “Son zəng”ə hazırlaşırdıq. Demişdi ki, mənə 2 dəst paltar alarsan “Son zəng” üçün. Danışırdıq ki, ona qonaqlıq verəcəyəm. Dostlarından da kimi istəsən, çağırarsan. Hərəkətlərində qeyri-adi heç nə yox idi. Nə fikirli, nə aqressiv, nə də problemli idi. Hər şey normal idi. Mən anayam onun səsində hansısa həyəcan hiss edə bilərdim, amma o da yox idi. Yad adamın belə problemini, dərdini hiss eləmək olur. Onsuz da mən narahat ana idim. Hər gün bəlkə də 10 dəfə, 20 dəfə zəng vururdum Elgünə. Bir şey olsa, mən onu hiss edərdim. Dünya susmasın, mənim balamın qanı yerdə qalmasın...
Söyüş bloqerlərinin nümayiş etdirdiyi foto saxta çıxdı - FOTOLAR
Bakıda bu ərazilər YENİDƏN QURULACAQ
Bu qəsəbədə yol sürücülərin kabusuna çevrilib - Maddi ziyan qaçılmazdır - VİDEO
Nəqliyyat sistemi modernləşdirilir – Tıxacla mübarizədə başqa addımlar da atılmalıdır
Bakıda avtobus zolaqları genişlənəcək - Ekspert açıqladı
“Nizami” metrosunun qarşısında velosipedçilərin təhlükəsizliyi təmin edildi - VİDEO
Robert Köçəryanın Qarabağla bağlı dedikləri Ermənistanı çalxalayıb - POLİTOLOQ
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ
İntensiv qar yağacaq, 17 dərəcə şaxta olacaq - PROQNOZ










