Əli Həsənov “Gelandewagen” qəzasının türkiyəli qurbanlarını müalicə etdirəcək?

Baş Nazirin müavini, “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus 10-PP-203 dövlət nömrə nişanlı “Gelandewagen” markalı maşının vurması nəticəsində ağıq yaralanan Türkiyə vətəndaşları Mutallib Tekiş və xanımı Songül Tekişdən xəbər var. Avtosfer.az yenicag.az-a istinadən xəbər verir ki, artıq hər iki zərərçəkən şəxs Türkiyəyə aparılıb. Cütlük qardaş ölkəyə Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən ayrılan şəxsi təyyarə vasitəsilə çatdırılıb. Onlar Ankarada GATA xəstəxanasında yerləşdiriliblər. Bu gün isə zərərçəkən valideynlərin uşaqları Türkiyəyə yola salınacaq. Məlumata görə, bu prosesdə bütün xərcləri “Qaçqınkom” sədri Əli Həsənov öz üzərinə götürüb.
Cütlüyün sağlamlıq vəziyyətinə gəlincə, Sönkül Tekişin həyatı təhlükəsi aradan qalxsa da, onun şikəst qalma ehtimalı davam edir. Əri Mütallib Tekişin vəziyyəti isə kritikdir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












