Əli Həsənov nəvəsinin törətdiyi qəzadan danışdı - Çox istərdim ki...

"Mənim adımın mediada gündəmə gətirilməsi..." - Əli Həsənov nəvəsinin qəzasından danışdı
06 Avqust 2017 [14:51]
Baş nazirin müavini, "Qaçqınkom” sədri Əli Həsənov bu dəfə medianın gündəminə nəvəsinin ölümlə nəticələnən yol qəzası törətməsi faktı ilə gəldi. Sosial şəbəkələrdə və mediada bu qəzaya görə, nəvədən daha çox babaya qarşı ağır ittihamlar irəli sürülür. Avtosfer.az xəbər verir ki, gununsesi.info Əli Həsənovun özü ilə əlaqə saxlayaraq, olay barədə fikirlərini soruşub. Əli Həsənov faciəyə səbəb olan qəza barəsində danışmaq istəmədiyini deyib: "Mən heç nə danışmaq istəmirəm. Mənim adımın mediada gündəmə gətirilməsinə gəlincə, hüquqi ölkədə məsuliyyət fərdidir. Çox istərdim ki, media nümayəndələri də bunu başa düşsün. Başqa deyəcəyim bir şey yoxdur”.
Avqustun 3-də Heydər Əliyev prospektində iki nəfərin ölümü və iki nəfərin yaralanması ilə nəticələnən qəzada "Galendevagen” markalı avtomobilin sürücüsü müəyyən olunub. Məlum olub ki, sükan arxasında "Qaçqınkom” rəhbəri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev olub. DİN həmin gəncin cinayət məsuliyyətinə cəlb olunacağını bəyan edib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












