Əli Həsənovun nəvəsi danışdı - “Ona görə sürətli sürürdüm ki...”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəməsi keçirilir.
Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin icraatında olan prosesdə hadisə zamanı N.Allahverdiyevlə ötüşən “Mazda”nın sürücüsü “Maqa” ləqəbli Mirməhəmməd İsmayılov ifadə verib.
O deyib ki, haqqında deyilənlər yalandır: “Uzun müddət idi Naillə bir-birimizi görmürdük. Həmin gün də görüşmək üçün razılaşdıq. Mərdəkanda görüşdük, axşam da hərə öz maşınında evə qayıdırdı. Mən Nailin arxasıyca gedirdim,o qəfildən sürəti artırdı. Nailə zəng etdim, cavab vermədi. Mən həmin yerə çatanda artıq hadisə olmuşdu”.
Daha sonra N.Allahverdiyev ifadə verib. O, maşını yüksək sürətlə sürməsinin səbəbini də açıqlayıb: “Biz gələndə yolda Mehdinin səhhəti pisləşdi, onun ürəyi ağrıyırdı. Mən onu təcili xəstəxanaya çatdırmaq üçün sürətli sürməyə başladım. Sonra da hadisə oldu. Mən də adi vətəndaşam, hadisə yerindən də qaçmamışam, ədalətli qərar verilməsini gözləyirəm”.
Mərhum M.Əliyevin həyat yoldaşı Ülviyyə Əliyeva da ifadə verərək şikayətçi olmadığını deyib: “Mehdi ilə Nail dost idi. Mən əminəm ki, maşını Mehdi sürsə idi və belə hadisə Nailin başına gəlsəydi, onun da ailəsi şikayətçi olmazdı”.
Qəza zamanı vəfat edən Vaqif Əsədovun oğlu Ramiz Əsədov da şikayətçi olmadığını deyib: “Atam hər gün o yolla həmin vaxt işdən gəlirdi. Hadisə günü isə evə gəlmədi. Polis İdarəsinə getdim, bir kişi meyiti göstərdilər. Gördüm ki, atamdır”.
N.Allahverdiyevin vəkilləri təkrar avtotexniki ekspertizanın keçirilməsi üçün vəsatət veriblər.
Məhkəmə prosesi dekabrın 11-də davam etdiriləcək.
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"










