Əli Həsənovun nəvəsinin ölüm xəbəri yalan çıxdı - Nail son anda maşından atılıb

Bir neçə saat öncə Heydər Əliyev prospektində baş vermiş dəhşətli qəzanın təfərrüatları bəlli olub. PrimeTime.az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində öldüyü bildirilən baş nazir müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin vəziyyəti ağırdır. Hadisə zamanı avtomobildən son anda atıldığı deyilir. Hal-hazırda xəstəxanada olduğu və əlinin yandığı bildirilir. Məsələ ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxlasaq da, ətraflı məlumatının olmadığını bildirdi: "Hadisə barədə indicə xəbər tutmuşam. İlkin əldə etdiyim məlumata görə, iki nəfər hadisə yerindəcə keçinib, bir nəfər isə yaralıdır. Daha ətraflı məlumat əldə etməyə çalışıram. Hal-hazırda məndə olan məlumatlar bunlardır". Qeyd edək ki, 1995-ci il təvəllüdlü Nail Allahverdiyevin ötən ayın 19-da toy mərasimi baş tutub. O, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin kürəkənidir. 21 yaşlı Nail biznesmendir, eyni zamanda məşhur "Soho" klubun sahibidir.
primtime.az
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












