Əli Hüseynli: "İşğalda olan rayonlarımız azad olunandan sonra orada olan dəmir yolu xətləri yenidən qurulacaq"
Gündəm
30 Sentyabr 2020 12:20

“Azərbaycanda dəmiryolunun yaranması ili kimi 1888-ci il qeyd olunur. Sonrakı dövrlərdə Azərbaycanda dəmiryolu nəqliyyatı inkişaf edib”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında İ vitse-spiker Əli Hüseynli deyib. O bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycanın bütün ərazisində dəmir yolunun inkişafına xüsusi önəm verib: “Təəssüflər olsun ki, Azərbaycan ərazisi müstəqilliyimizin ilk illərində işğal olunarkən Naxçıvan ərazisinə gedən dəmir yolu xətti ziyan görüb. Heç şübhəsiz ki, Ordumuz tərəfindən həyata keçirilən əməliyyatlarla işğalda olan rayonlarımız da azad olunacaq və burada olan dəmir yolu xətləri yenidən qurulacaq. Azərbaycanın dəmir yolları ilə bağlı medalın təsis edilməsi bu sahədə çalışanlara stimul olacaq”.
Oxunub : 1082
DİGƏR XƏBƏRLƏR
28 Mart 2026 12:00
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
28 Mart 2026 10:45
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
28 Mart 2026 09:36
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
27 Mart 2026 23:09
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
27 Mart 2026 20:30
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
27 Mart 2026 18:55
Sabunçu keçidi bağlandı - VİDEO
27 Mart 2026 18:12
FHN əhaliyə müraciət etdi
27 Mart 2026 16:36
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
27 Mart 2026 13:55
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
27 Mart 2026 10:38
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu
27 Mart 2026 10:13
Görünüş məsafəsi 500 metrədək məhdudlaşır - Sürücülərin diqqətinə!
26 Mart 2026 21:15
Bu yollarda tıxac var - SİYAHI
ŞƏRH YAZ










