“Əliyevlə Ərdoğan paradı izləyərkən İrəvanda Paşinyanın istefası tələb olunurdu” - “Əl-Cəzirə”

“Əl-Cəzirə” informasiya agentliyi Azərbaycan Ordusunun Qarabağdakı şanlı qələbəsi münasibətilə keçirilən Zəfər paradını işıqlandırıb.
“Qafqazinfo” xəbər verir ki, nəşrin dərc etdiyi məqalədə bildirilib ki, 3000-dən çox əsgərin iştirak etdiyi parada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılaraq Türkiyə-Azərbaycan birliyini bir daha təsdiqləyib.
Məqalədə İlham Əliyevin parad zamanı çıxışından bəzi hissələr sitat gətirilib:
“Müharibənin ilk saatlarından etibarən Türkiyənin dəstəyini hiss etdik. Bu, bizim birliyimizin, qardaşlığımızın nümunəsidir”.
Məqalədə qeyd olunub ki, bir ay əvvəl imzalanan razılaşma ilə 6 həftəlik döyüş əməliyyatları Azərbaycanın qələbəsi ilə nəticələnib. Ermənistan tərəfində isə razılaşma kütləvi etirazlara səbəb olub.
Qeyd olunub ki, Əliyev və Ərdoğan Bakıdakı paradı izləyərkən Ermənistanın paytaxtında etirazçılar hökumət binasının qarşısında nümayiş keçirərək Paşinyanın istefasını tələb edib.
“Ümidvarıq ki, Ermənistan liderləri bunu diqqətlə qiymətləndirəcək və sülh və sabitliyə əsaslanan bir gələcək qurmaq üçün cəsarətli addımlar atacaqlar”,- deyə məqalədə Ərdoğanın parad zamanı çıxışından sitat gətirilib.


Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür










