Elmira Axundova: “Piyadalarla bağlı cəzalar sərtləşdirilməlidir”

“Bir çox hallarda piyadaların yol hərəkəti qaydalarını pozması nəticəsində qəzalar baş verir. Bir neçə gün əvvəl əfv komissiyasının iclasında tanış olduğumuz ərizələrin əksəriyyəti piyadalarla bağlı baş verən qəzalarla əlaqədar idi”.
Avtosfer.az xəbər verir ki, bu sözləri millət vəkili Elmira Axundova “Yol Hərəkəti haqqında” qanun layihəsi ilə bağlı dəyişikliklərə münasibət bildirərkən deyib.
Millət vəkili bu hadisələr nəticəsində bəzən iki ailənin məhv olduğunu xatırladıb:
“Buna görə də piyadaların piyada keçidlərindən istifadəsi ilə bağlı cəzalar sərtləşdirilməlidir”.
Millət vəkili “Yol hərəkəti haqqında” qanunda sərnişinlər və avtobus sürücüləri ilə bağlı müddəaların da sərtləşdirilməsinin vacibliyini bəyan edib:
“Müvafiq qurumların açıqlamaları göstərir ki, sərnişin avtobusları ilə törədilən qəzalar artıb. Özəl sərnişindaşıma şirkətinin sürücüləri bəzən sürücülük vəsiqəsi olmadan fəaliyyət göstərir. Bu zaman yüzlərlə insanın həyatı təhlükəyə atılır. Belə şəxslərin cəzaları artırılmalıdır. Mətbuatdan tez-tez sərnişinlərin sürücülərə qarşı kobudluq etməsi halları ilə qarşılaşırıq. Hesab edirəm ki, avtomobil-nəqliyyat haqqında qanunun 32-ci maddəsində boşluq aradan qaldırılmalıdır”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












