“Elmlər Akademiyası”ının önündəki obyektlərdən şikayət olundu: DİN yığışdırdı - FOTO
Gündəm
11 İyul 2024 17:30
Oxunub 1548
Yasamal rayonunda səyyar satış obyektləri sakinlərə mane olur.
Avtosfer.az xəbər verir ki, paytaxtın Yasamal rayonu Elmlər Akademiyası metrosunun qarşısı iaşə obyektləri tərəfindən zəbt edilib. Sakinlər Hüseyn Cavid prospekti ilə Bəxtiyar Vahabzadə küçəsinin kəsişməsindəki səki səyyar satıcılıq obyektlərinin günü-gündən artmasından narazılıqlarını bildiriblər. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Məsələ Daxili işlər Nazirliyi tərəfindən dərhal nəzarətə götürülüb. İcazəsiz fəaliyyət göstərən səyyar satış vasitələri olan arabalar ərazidən yığışdırılıb. Bu barədə nazirliyin mətbuat xidmətinin əməkdaşı polis baş leytenantı Zeyni Hüseynov məlumat verib.
Səfər Əlizadə
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR